Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO-nun yeni strateji konsepsiyası qəbul edilib, Finlandiya və İsveç rəsmi dəvət alıb

NATO-nun Madriddə keçirilən Zirvə toplantısında liderlər Alyansın 2030-cu ilə qədər yeni strateji konsepsiyasını təsdiqləyiblər.

"Deutsche Presse-Agentur" xəbər verir ki, konsepsiyada Rusiya ən əhəmiyyətli və birbaşa təhdid adlandırılıb. Həmçinin NATO sammitinin kommünikesində qeyd olunub: “Çin bizim maraqlarımıza, təhlükəsizliyimizə və dəyərlərimizə meydan oxuyur və qaydalara əsaslanan beynəlxalq nizamı pozmağa çalışır”.

Sammitdə Finlandiya və İsveçi rəsmi olaraq hərbi Alyansa daxil olmağa dəvət edib. Bu barədə iclasın yekununda məlum olub.

Bildirilib ki, Finlandiya və İsveçin təhlükəsizliyi, o cümlədən Alyansa qoşulma dövründə NATO üçün prioritet əhəmiyyət kəsb edir.