Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO çevik qüvvələrin sayını 7 dəfə artırır - Rusiya ilə dialoq mümkün deyil

NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, artıq NATO ilə Rusiya arasında geniş dialoq mümkün deyil.

Şimali Atlantika Alyansının rəhbəri bildirib ki, NATO çevik reaksiya qüvvələrinin sayını 40 min nəfərdən 300 min nəfərə çatdıracaq.

O, həmçinin Gürcüstana dəstəklərini artıracaqlarını və orada daha çox təlimlər keçirməyi vəd edib.

“NATO-nun yeni konsepsiyasında Rusiya kollektiv təhlükəsizliyə təhdid hesab olunacaq”, - deyə Yens Stoltenberq fikrini tamamlayıb.