Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO Baltikyanı ölkələr üçün yeni hərbi plan hazırlayır

NATO Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə Latviya və Estoniyada qoşunları operativ şəkildə yerləşdirməyə imkan verəcək yeni struktur yaradacaq.

"Reuters" agentliyi bu barədə alyansın planları ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Baltikyanı ölkələrin müdafiəsi üçün Münsterdə yerləşən Almaniya-Niderland korpusu cəlb olunacaq. Sülh dövründə bu korpus qərargah strukturu rolunu oynayır, lakin zərurət yarandıqda hərbi mövcudluğu sürətlə və geniş miqyasda artırmağa imkan verəcək.

Qərarın nə vaxt qüvvəyə minəcəyi və yeni strukturun idarəçiliyi altında nə qədər qoşunun olacağı hələlik məlum deyil.