Natanz və İsfahandakı nüvə obyektləri vurulub, Fordodakı nüvə obyektinə ziyan dəyməyib
19 İyun 2025
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İsrailin hücumu nəticəsində İrandakı hansı nüvə obyektlərinin zərər gördüyünü açıqlayıb.
Qrossi ABŞ televiziya kanallarından birinə verdiyi müsahibədə qeyd edib ki, İranın Natanz və İsfahandakı nüvə obyektlərinə İsrailin hava əməliyyatı nəticəsində ziyan dəyib.
Onun sözlərinə görə, Natanza ciddi ziyan dəyməsinə baxmayaraq, əhali üçün təhdid doğuracaq hər hansı bir hal yoxdur.
İsfahandakı nüvə obyektinə Natanz qədər ziyan dəyməsə də, zərbələr təsirsiz ötüşməyib.
“Fordodakı nüvə obyektinə isə hələlik ziyan dəyməyib”, - AEBA rəhbəri vurğulayıb.