NASA-dan xəbərdarlıq: İri asteroid Yerə yaxınlaşır
03 Avqust 2026
Avqustun 9-da potensial təhlükəli 173 561 (2000 YV137) asteroidi Yerin yaxınlığından keçəcək.
"Faktı" nəşri xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) məlumat yayıb.
Agentliyin məlumatına görə, kosmik cismin uzunluğu təxminən 756 metrdir, onun Yerlə minimal məsafəsi isə 5 milyon kilometrdən çox olacaq.
NASA bildirir ki, "potensial təhlükəli" kateqoriyasına Yerə 7.5 milyon kilometrdən az məsafədə yaxınlaşan və diametri 150 metrdən çox olan asteroidlər daxildir. 173 561 (2000 YV137) asteroidi bu meyarların hər ikisinə uyğundur.