Logo
news content
User
Kateqoriyalar

Xəbər

Narışkin İrəvanda Paşinyanla görüşüb, Mişustin isə zəng edib

Rusiyanın Baş naziri Mixail Mişustinlə Ermənistan hökumətinin başçısı Nikol Paşinyan arasında telefon danışığı olub.

Məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər Rusiya ilə Ermənistan arasında əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Nikol Paşinyan Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib.

Xatırladaq ki, bundan 2 cəmi gün əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyams Börns İrəvana səfər etmişdi.