Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nardarandakı “Sea Breeze”ə nə qədər pul xərclənib? - Emin açıqladı

Azərbaycanın Xalq artisti, “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov Bakının Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” layihəsinə qoyulan investisiyanın məbləğini açıqlayıb.

O, bu barədə “Rossiya-1” telekanalında yayımlanan “Vesti nedeli” proqramında danışıb.

“Bugünkü gün layihəyə qoyulan ümumi investisiya təxminən 400 milyon dollar (680 milyon manat-red.) təşkil edib. Təxminən 300-400 min kvadrat metr müxtəlif daşınmaz əmlak inşa edilib”, - Ağalarov deyib.