Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibədən sonra minaya düşərək ölən şəxslərin sayı qaçılandı

Azərbaycanda 2020-ci ilin noyabr ayından indiyədək mina partlaması nəticəsində ölən şəxslərin sayı açıqlanıb.

Azərbaycan Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladov bildirib ki, ötən dövr ərzində 32 min hektar ərazidən 60 minə yaxın mina zərərsizləşdirilib.

“2020-ci ilin noyabr ayından indiyədək azad edilmiş ərazilərdə ümumilikdə 223 nəfər minaya düşüb. Onlardan 39 şəxs nəfər mina partlaması nəticəsində həyatını itirib, 184 nəfər isə yaralanıb”, - deyə, o vurğulayıb.