Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibə onlara toxunmayıb? ABŞ və Rusiya hərbçiləri Suriyada gülərək şəkil çəkdirilər


Ötən bazar günü ABŞ və Rusiya hərbçiləri Suriyanın şimal-şərqində təsadüfən qarşılaşıblar. Rusiyanın Ukraynaya hücumuyla bağlı bu iki ölkə arasında münasibətlərin son dərəcədə gərgin olmasına baxmayaraq görüş kifayət qədər səmimi alınıb: tərəflər dostcasına bir-birilərinə əl uzadıblar, birlikdə şəkil çəkdiriblər.





"Frans Press" agentliyi bu hadisəylə bağlı fotoreportaj yayınlayb.





Hazırda zidd mövqelərdə olan tərəflərin belə davranması, şübhəsiz ki, nadir hadisədir.








Rusiya və ABŞ hərbçiləri Suriyada gülümsəyərək birlikdə şəkil çəkdirirlər. Bu necə mümkün oldu Rusiya və ABŞ hərbçiləri








Ukraynayla bağlı kəskin fikir ayrılıqlarından başqa (Kiyevin ən böyük silah tədarükçüsü ABŞ-dır), Washington və Moskva Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsində müxtəlif tərəfləri dəstəkləyir.








Rusiya və ABŞ hərbçiləri Suriyada gülümsəyərək birlikdə şəkil çəkdirirlər. Bu necə mümkün oldu








Oktyabrın 8-də, səhər saatlarında Suriyanın şimal-şərqindəki Əl-Həsəkə əyalətinin Əl-Qahtaniya şəhəri yaxınlığındakı neft yatağı ərazisində ABŞ və Rusiya patrullarının yolları kəsişib.










Rusiya və ABŞ hərbçiləri Suriyada gülümsəyərək birlikdə şəkil çəkdirirlər. Bu necə mümkün oldu Rusiya və ABŞ hərbçiləri





Hərçənd Rusiyanın sosial şəbəkələrində yayılmış videolardan birində görünür ki, sonda rusiyalı hərbçilər ədəbsiz ifadələrlə (rus dilində) amerikalıları məğlub edəcəklərini deyirlər.




Bölgənin bir hissəsi Rusiyanın dəstəklədiyi Suriya mərkəzi hökumətinin nəzarətindədir, digər hissəsi isə Amerika qoşunlarının yardım etdiyi kürd administrasiyası tərəfindən idarə olunur.









Rusiya və ABŞ hərbçiləri Suriyada gülümsəyərək birlikdə şəkil çəkdirirlər. Bu necə mümkün oldu Rusiya və ABŞ hərbçiləri








Rusiya və ABŞ hərbçiləri kürdlərin nəzarətində olan tərəfdə daha əvvəl də rastlaşıb, amma bu dəfə kolonlar dayanıb və hər iki tərəfin əsgərləri qarşılıqlı şəkildə söhbət edib şəkil çəkdiriblər.









Rusiya və ABŞ hərbçiləri Suriyada gülümsəyərək birlikdə şəkil çəkdirirlər. Bu necə mümkün oldu Rusiya və ABŞ hərbçiləri








2020-ci ildə həmin ərazidə bir neçə ABŞ hərbçisinin yaralanmasıyla nəticələnmiş hadisə baş vermişdi. Onda Rusiyanın zirehli transportyoruyla ABŞ-a məxsus hərbi maşının toqquşmasında tərəflər bir-birini günahlandırmışdı.









Rusiya və ABŞ hərbçiləri Suriyada gülümsəyərək birlikdə şəkil çəkdirirlər. Bu necə mümkün oldu Rusiya və ABŞ hərbçiləri








Birləşmiş Ştatlar rəsmiləri bildirmişdilər ki, Amerika hərbçiləri Rusiya tərəfi patrul maşınını onların avtomobilinə çırpdığı üçün zədələniblər. Moskva isə bəyan etmişdi ki, qəza amerikalılar həmin maşının qarşısını kəsmək istədiyi üçün baş verib.





"Frans press" müxbirlərinin dediyinə görə, söhbət zamanı bəzi hərbçilər uniformalarındakı nişanları suvenir kimi bir-birinə hədiyyə ediblər.









Rusiya və ABŞ hərbçiləri Suriyada gülümsəyərək birlikdə şəkil çəkdirirlər. Bu necə mümkün oldu Rusiya və ABŞ hərbçiləri








Həmişə Bəşər Əsəd rejiminə qarşı olmuş, Rusiya və bir sıra başqa ölkələrin terrorçu birləşmə kimi tanıdığı İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya qoşulmuş ABŞ Suriyanın şimal-şərqinə ilk dəfə 2014-cü ildə qoşun yerləşdirib.





Rusiya Əsəd hökumətini 2015-ci ildən dəstəkləyir, amma həmin əraziyə 2019-cu ildə - Türkiyə həmin il kürd silahlılarına qarşı əməliyyatlara başladıqdan sonra qüvvə göndərib.





2015-ci ildən bəri həm Rusiya, həm də ABŞ Suriyada bir-birilə toqquşmamağa çalışır.





Rusiya qüvvələrinin mövcudluğu ABŞ ordusuna Suriya hərbçiləriylə birbaşa qarşıdurmadan yayınmağa kömək edib - "Frans press" belə yazıb.