Müharibə ərzaq qiymətlərinin bahalaşmasına səbəb ola bilər
09 Mart 2026
Yaxın Şərqdə gərginliyin yeni dalğası səbəbindən enerji daşıyıcılarının bahalaşmasının ardınca ərzaq qiymətlərinin artımı gözlənilir.
Bu barədə "Corriere della Sera" qəzeti yazıb.
Nəşrin məlumatına görə, buna təkan verən amil qlobal bazara təxminən 15 %-i həmin regiondan daxil olan gübrə çatışmazlığı ola bilər.
Qeyd edilir ki, Fars körfəzi zonası gübrə istehsalı və ixracının həcminə görə (14,4 %) Rusiyadan (22,4 %) sonra ikinci regiondur. Bununla yanaşı, məhsulun böyük hissəsi hazırda gəmiçiliyin faktiki olaraq dayandırıldığı Hörmüz boğazı vasitəsilə daşınır.
Nəşr yazıb ki, bu məhsulun əsas alıcıları arasında Hindistan, ABŞ, Braziliya və Avstraliya var. Bəzi gübrə növlərinin müharibənin cəmi bir həftəsi ərzində 26 % bahalaşdığı qeyd edilib. Halbuki azot gübrəsi olan karbamidin qiyməti ötən ilin dekabrından bəri ümumilikdə 64 % artıb. Enerji daşıyıcılarının qiymət artımı ilə yanaşı, gübrənin bahalaşması ərzaq qiymətlərinin artmasına gətirib çıxaracaq və ən yoxsul ölkələrdə ərzağın əlçatanlığını çətinləşəcək.