Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibə davam edir: Çin rüsumları 84 faizə qaldırıb, Tramp dərhal 125 faizlə cavab verib

Çin Prezident Donald Trampın tətbiq etdiyi ticarət məhdudiyyətlərinə cavab olaraq ABŞ mallarına rüsumları 50% artırıb.

Bu barədə RBK məlumat verir. Beləliklə, ABŞ-dan Çinə idxal üzrə ümumi tarif səviyyəsi 84%-ə çatıb.

ABŞ administrasiyası dərhal Çinə ticarət tariflərini 125 %-ə qədər artırır. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

"Çinin qlobal bazarlara hörmət etmədiyini nəzərə alaraq, mən ABŞ-nin tətbiq etdiyi rüsumları dərhal 125 %-ə qaldırıram", - Tramp qeyd edib.

Xatırladaq ki, Tramp martda Çin mallarına 20 faizlik rüsumlar, apreldə isə əlavə 34 faizlik rüsumlar tətbiq etmişdi. Pekin simmetrik şəkildə cavab verərək, oxşar 34 faizlik tariflər müəyyən etdi.

Çinin güzəştə getməkdən imtina etməsindən sonra Tramp rüsumları daha 50% artırmağı əmr etdi. Nəticədə Çin idxalına Amerika tariflərinin ümumi səviyyəsi 104%-ə çatdı.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı.