Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müctəba Xameneinin sağlamlıq vəziyyəti pisləşib?

Müctəba Xameneinin sağlamlıq vəziyyətinin pisləşdiyi ilə bağlı iddialar var.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə "IranWire" nəşri İran Prezidenti Məsud Pezeşkian hökumətinə yaxın olduğu iddia edilən iki mənbəyə istinadən məlumat verib.

Mənbələrin məlumatına görə, ABŞ-nin İranın ali liderinin iqamətgahına ehtimal edilən və nəticədə onun atasının və digər ailə üzvlərinin öldüyü iddia edilən zərbəsindən sonra Müctəba Xamenei indiyə qədər heç bir hökumət nümayəndəsi ilə görüşməyib.

Bundan əlavə, nəşr iddia edir ki, hazırda o, ağır vəziyyətdədir. Müctəba Xameneinin uzun müddət ictimaiyyət qarşısında görünməməsi və yüksək vəzifəli dövlət məmurları ilə şəxsi görüşlərinin olmaması onun sağlamlıq vəziyyətinə dair ehtimalları artırıb.

Hazırda İran hakimiyyəti tərəfindən bu məlumatın rəsmi təsdiqi yoxdur.