Moskvada restoranda partlayışda ölənlərin sayı 5 nəfərə çatıb
02 Avqust 2026
Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən restoranda baş verən partlayış nəticəsində ölənlərin sayı beşə çatıb.
Bu barədə REN TV məlumat yayıb
Bildirilib ki, iki nəfər xəstəxanada ölüb. Altı nəfərdən çox yaralının vəziyyəti ağır olaraq qalır və həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparmağa davam edirlər.
***
saat 03.24
Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən restoran yaxınlığında baş vermiş partlayış nəticəsində yaralananların sayı 21 nəfərə yüksəlib.
B barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.
***
1 avqust
Moskvanın mərkəzində partlayış baş verib, nəticədə üç nəfər ölüb, 15 nəfər yaralanıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva üzrə Baş İdarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, partlayış saat 20:10 radələrində Kudrinskaya meydanında 1 nömrəli binanın ərazisində yerləşən yay kafesinin yaxınlığında baş verib.
Hadisə yerində DİN-in istintaq-əməliyyat qrupu və təcili xidmətlərin əməkdaşları işləyir. Baş vermiş hadisənin şəraiti müəyyənləşdirilir.