Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskva vilayətində kimya zavodunda yanğın olub, beş nəfər ölüb

Moskva vilayətinin Sergiyev-Posad şəhərində Krasnozavodsk Kimya Zavodunda yanğın baş verib.

Yanğın nəticəsində beş nəfər ölüb.

Sergiev Posad Şəhər Dairəsinin rəhbəri vəzifəsini icra edən Aleksey Lujetski bildirib ki, onların meyitləri dağıntıların təmizlənməsi zamanı aşkar edilib.

Zavodda yanğının aradan qaldırılması işləri başa çatıb.