Moskva Parisə xəbərdarlıq etdi
06 İyun 2024
“Paris rusiyalı diplomatlara toxunarsa, Fransa Rusiyadan cavab alacaq”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Diplomatlarımıza toxunsalar, cavab tədbirlərini görəcəklər”, - Zaxarova qeyd edib.
Qeyd edək ki, Rusiya səfirliyinin mətbuat katibi “BFM TV” telekanalında jurnalistin Ukraynaya fransız hərbçilərinin göndərilməsi ilə bağlı vəziyyəti şərh edib. Bundan sonra Fransa Xarici İşlər Nazirliyi Parisdəki rusiyalı diplomatları sanksiyalarla hədələməyə başlayıb.