Moskva: Ermənistanda yeni məlumat emalı mərkəzi Rusiyaya qarşı istifadə edilə bilər
08 Oktyabr 2026
Ermənistanda yeni məlumat emalı mərkəzi Qərb kəşfiyyat məqsədləri üçün, o cümlədən Rusiyaya qarşı istifadə edilə bilər.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.
Qeyd olunub ki, bu, Firebird AI şirkətinin Razdanda planlaşdırılan süni intellekt məlumat mərkəzinə aiddir.
Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov bildirib ki, "Onlardan İran, Rusiya, Qafqaz və Mərkəzi Asiya dövlətləri də daxil olmaqla Qərb kəşfiyyat orqanları üçün analitik və kəşfiyyat işləri aparmaq üçün istifadə etmək olar".