Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada saxlanılan Murmansk qubernatorunun əmlakları açıqlanıb

Rusiyada mənimsəmə şübhəsi ilə saxlanılan Murmansk vilayətinin qubernatoru Andrey Çibis 2025-ci il üçün təqdim etdiyi bəyannamədə İspaniyada daşınmaz əmlakını, eləcə də regionda bir neçə torpaq sahəsini göstərib.

“RİA Novosti” xəbər verir ki, bəyannaməyə əsasən, sənədin təqdim edildiyi vaxt siyasətçinin bank hesablarında 7.2 milyon rubl (təxminən 148 900 manat) olub.

Ailənin əsas xarici əmlakı İspaniyada yerləşən, 176 kvadratmetr sahəsi olan mülkdür. 2012-ci ildə alınan bu daşınmaz əmlakın dəyəri 300 min avro təşkil edib.

Dəniz sahilindəki evlə yanaşı, məmurun Murmansk vilayətində üç torpaq sahəsi, Moskvada iki mənzili, həmçinin Rusiya paytaxtında və Arktika bölgəsində kommersiya təyinatlı tikililəri və binaları var.

Qubernatorun nəqliyyat vasitələri sırasında "Toyota Land Cruiser 200" yolsuzluq avtomobili, "Mercedes-Benz ML 250" krossoveri, "Arctic Cat" qar avtomobili və BRP kvadrosikli yer alır.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Çibis barəsində açılmış cinayət işi üzrə ümumi zərər bir milyard rublu (20.7 milyon manatdan çox) ötür.