Moskva Aİ və Avropanı Rusiya-ABŞ sövdələşməsinə mane olan qüvvələr adlandırıb
13 Oktyabr 2026
Avropa İttifaqı sanksiyaları və Avropanın hərəkətləri Rusiya ilə ABŞ arasında yanacaq razılaşmasının həyata keçirilməsinə şübhəsiz ki, mane ola bilər.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri özləri Rusiya neft və neft məhsullarının aktiv alıcılarıdır: "Rusiya rəqabətli məhsulu olan enerji resurslarını qlobal bazarlarda satır və bunu davam etdirəcək".
Peskov ABŞ ilə dizel razılaşmasının ikitərəfli əməkdaşlığın qarşılıqlı faydalı aspekti olduğunu söyləyib. Qeyd edib ki, bu razılaşma Rusiyanın Ukrayna ilə bağlı mövqeyi ilə birbaşa əlaqəli deyil.
Kremlin sözçüsü vurğulayıb ki, dizel təchizatı razılaşmaları Rusiyanın, ABŞ-ın və qlobal enerji bazarlarının maraqlarına xidmət edir.