Logo
news content
User
Kateqoriyalar

Xəbər

MN: Hərbi qulluqçumuz minaya düşərək şəhid olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.

Bu barədə Pressklub.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.