Logo
news content
User
Kateqoriyalar

Xəbər

MN: Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbi idarəsinin iki ölkənin şərti sərhədinin Naxçıvan hissəsində Azərbaycan tərəfinin açdığı atəş nəticəsində bir erməni əsgərinin yaralanması barədə məlumatı təkzib edib.

Azərbaycan Müdafiə Nazirliyi  erməni tərəfinin məlumatını dezinformasiya adlandırıb.

«Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir», - məlumatda daha sonra bildirilir.

***

Noyabrın 18-də saat 09:50-də Azərbaycan SQ-nin Ermənistanın Paruyr Sevak yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqeyinə atəş açması nəticəsində bir erməni hərbiçisi yaralanıb. Onun səhhəti orta-ağır olaraq qiymətləndirilir. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Azərbaycanın Müdafiə Nazirliyi hələlik bu ittihamla bağlı şərh verməyib. Qeyd edək ki, Ermənistan-Azərbaycan sərhədinin qeyd edilən hissəsi Ermənistan-Naxçıvan sərhədində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Kərki anklavı bölgəsində yerləşir.