Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Mixaylo"nun Anjelikası vəfat etdi

“Uzaq sahillərdə” filmində “Anjelika”​ obrazı ilə məşhurlaşan Aqniya Yelikoyeva vafat edib.

Aktrisa 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aqniya ilk dəfə 1953-cü ildə "Moskvada bahar" filmində rol alıb. O, həmçinin “Vətəndən uzaqlarda”, “Günorta şousuna iki bilet”, “Adam axtarıram”, “Məktəb direktorunun gündəliyi”, “Tarantula” kimi ekran işlərində rol alıb. "Uzaq sahillərdə" Tofiq Tağızadənin rejissorluğu ilə 1958-ci ildə çəkilib.

O, 90-cı illərin əvvəllərində ABŞ-yə köçüb. 2009-cu ildə isə Rusiyaya qayıdıb və ömrünün son illərini burada keçirib.