Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mirzoyandan təklif: “Bakı və İrəvan sülh müqaviləsi üçün görüşləri bərpa etməlidirlər”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycan nümayəndələri arasında görüşlərin bərpasına çağırıb.

"Zənnimcə, Azərbaycan danışıqlar masasına, görüşlər prosesinə qayıtmalıdır. Faktiki olaraq, işlərin çoxu görülüb. Biz sülh sazişinin yekun formulu  ilə bağlı görüşməli və razılığa gəlməliyik", - Çərşənbə günü Yerevanda keçirilən mətbuat konfransında Mirzoyan deyib.

O, tərəflərin müzakirə etdiyi məsələlər arasında Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən qoşunların geri çəkilməsini də qeyd edib.

«Hesab edirik ki, qoşunların geri çəkilməsi müsbət effekt verəcək və gələcək eskalasiyanın qarşısını almağa kömək edəcək", - Mirzoyan deyib.