Mirzoyan XİN başçılarının Almatı danışıqlarını konstruktiv dəyərləndirib
13 May 2024
Almatıda Ermənistan və Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində danışıqlar konstruktiv şəraitdə keçib.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda ATƏT-in hazırkı sədri Yan Borq ilə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin qiymətləndirməsi Qazaxıstanda aparılan danışıqların yekunlarına dair məlumatda öz əksini tapıb:
“Proses bizim dəfələrlə bəyan etdiyimiz prinsiplər əsasında davam edir”.