Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri: “Ermənistan və Azərbaycan konstitusiyalarında sülhün bağlanmasına mane olan müddəalar var”
Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri: “Ermənistan və Azərbaycan konstitusiyalarında sülhün bağlanmasına mane olan müddəalar var”
Ermənistan və Azərbaycan bir-birinin konstitusiyalarında uzunmüddətli sülhün bərqərarı üçün maneələr görürlər, lakin onlara dəyişiklik edilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə daxil deyil. Bu barədə iyunun 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan konstitusiyaları uzunmüddətli sülhün bərqərarı üçün problem ola bilməz. "Bizim və ya onların konstitusiyasına düzəlişlər Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinin tərkib hissəsi deyil, 2018-ci ildən Ermənistan hakimiyyəti konstitusiyaya dəyişikliklərin edilməsi barədə danışır", - Mirzoyan deyib.
Mirzoyan Türkiyə ilə barışığa toxunaraq deyib ki, münasibətlərin normallaşması məsələsilə bağlı Ermənistan və Türkiyənin geniş qarşılıqlı anlaşması var.
"Bizim bir sıra məsələ üzrə geniş qarşılıqlı anlaşmamız var və razılaşmaları həyata keçirməyin vaxtı çatıb", - Mirzoyan deyib.