Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mirzoyan: Azərbaycanla sülh sazişini qısa zamanda imzalamağa hazırıq

Ermənistan Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa və ədavət səhifəsini bağlamağa hazırdır.

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan niderlandlı həmkarı Kaspar Veldkampla birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu saziş, əlbəttə, bütün məsələləri həll edə bilməz, lakin bütün prosesin müsbət yekunlaşmasının başlanğıcı ola bilər.

Ararat Mirzoyan Ermənistanın Azərbaycana sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına cavab göndərdiyini də bildirib.

"Biz artıq sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik", - A.Mirzoyan qeyd edib.

O vurğulayıb ki, Ermənistanın yanaşmaları Azərbaycanla sülh qurmaq hazırlığına uyğundur.

A.Mirzoyanın sözlərinə görə, İrəvanın Bakı ilə sülh sazişinin imzalanması və ratifikasiyası ilə bağlı bütün məsələləri müzakirə etmək imkanı olacaq.

Regionun digər qonşusu - Türkiyə ilə münasibətlərin normallaşmasından danışarkən, o, Ermənistanın bu məsələdə konstruktiv yanaşmasını vurğulayıb.

"Eyni şəkildə biz Türkiyə ilə dialoqu qısa zamanda müsbət sonluğa çatdırmağa, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırıq. Bu barədə həm Ermənistan, həm də Türkiyə mütəmadi olaraq bəyanatlar veriblər. Müəyyən mənada, bu proseslər hətta Ukrayna ətrafında baş verən hadisələri qabaqlaya və ya onlarla paralel gedə bilər", -  A.Mirzoyan bildirib.