Logo
news content
User
Kateqoriyalar

Xəbər

Minik avtomobili “Azpetrol”un maşınına çırpıldı: 2 hərbçi öldü - YENİLƏNİB




Kürdəmir rayonunda baş verən qəzada yaralanan hərbiçilərimiz vəfat edib.

Kürdəmir rayon Polis şöbəsindən verilən məlumata görə, hadisə zamanı xəsarət alan iki hərbiçi - 1988-ci il təvəllüdlü mayor Yusif Mahir oğlu Məmmədli və 1999-cu il təvəllüdlü Fərid Samir oğlu Nəsibov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alan 1994-cü il təvəllüdlü Hatəm Aydəmiroviç Baydaşovun isə vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük maşınına çırpılıb.

***

saat 11:11



Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.


Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük avtomobilinə çırpılıb.







Qəza nəticəsində avtomobildə olan sürücü və iki sərnişin ağır xəsarət alıblar. Xəsarət alanlardan 2-nin hərbi qulluqçu olduğu bildirilir.


Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. (APA)