Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Mingəçevirdə Valideyn Təlatümü”

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə növbəti təlim keçirilib. Təşəbbüsə
təlimçi qismində qatılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin regional koordinatoru
və mediator Ayaz Ədilov ilk gün “buzqıran” formatında fərdi bacarıq və maraqları
müəyyən edib, təhsil üzrə baza məlumatlılığının yoxlanılması üçün 12 sualdan ibarət test
qiymətləndirilməsi aparıb. O, iştirakçılara hazırki təhsil qanunvericiliyi, normativ aktlar,
imtiyazlar və qrantlarla bağlı məlumatlar da verib.

Növbəti günlərdə subyektin bacarıqlarını qiymətləndirməklə proqnozlaşdırılmış
təhsil istiqamətinin qurulması, “Z-α” nəsillərarası peşə baxışlarını müəyyənləşdirmə
qaydaları, gələcəyin peşələri, onların əlçatanlıq istiqamətlərinin öyrənilməsi haqda fikir
mübadilələri aparılıb. Təlimin gedişatı barədə “mi-news.az”ın sualarını cavablandıran
Ayaz Ədilov deyib: “Bu gün hazırki təhsil siyasəti və qərarlarında müasir təhsil
istiqamətinə mane olan tərəflər, ənənəvi təhsil modelindən yeni təhsil proqramlarına
keçid üçün gərəkli fənlərin tətbiqi, xüsusən İT, məntiq, şahmat, əxlaq, din, xranoloji tarix
və s. daha vacibdir. Təhsilə kompleks yanaşma olmalıdır: baxca, məktəbəqədər, məktəb
və ali təhsil pillələri üzrə modelləşdirmə və optimallaşdırma individual aparılmalıdır”.

4 gün davam edən təlimdə təhsil siyasəti, normativ aktların, o cümlədən yeni təhsil
modellərinin hazırlanmasında valideyinlərin iştirakı və səsi, təkliflərin kollektiv təqdimatı,
sahibkar olmağın qanuni yolları barədə də bilgi verilib.

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus təşəbbüs Avropa
İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi
“Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi
çərçivəsində Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilir.