Logo
news content
User
Kateqoriyalar

Xəbər

Milyonların sevimlisinin sonu? - Alen Delon evtanaziya istəyir...

Fransanın məşhur aktyoru Alen Delon oğlundan onun ölümünə kömək etməsini istəyib.

Bu barədə xarici mətbuat xəbər verir.

“Qocalmaq pisdir. Və bununla bağlı heç nə edə bilmərik. Üzümüzü və görmə qabiliyyətimizi itiririk, ayağa qalxırıq və lənətə gəlmiş topuq ağrıyan kimi hiss edirik. Əzab qorxuncdur”, - Alen Delon deyib.

Qeyd edək ki, Alen Delon hazırda İsveçrədə yaşayır. Onun 86 yaşı var. Aktyor 2019-cu ildə insult keçirib, o, bütün vaxtını evdə, itləri ilə keçirir.

Aktyorun keçmiş həyat yoldaşı Natali Delon 2020-ci ildə mədəaltı vəzi xərçəngi xəstəliyindən ölüb. Qadın ölümcül xəstə olduğu üçün vəfatından bir müddət əvvəl Alen Delonu İsveçrədəki mülkündə ziyarət edib.

Onların oğlu Entoni daha sonra sosial şəbəkədə valideynlərinin qonaq otağında oturub söhbət etdiyi fotonu yerləşdirib. Entoni fotonun altına "yarım əsrdən çox əvvəl ayrıldıqdan sonra birlikdədirlər", - sözlərini yazıb.

İndi fransız kino ulduzuna yalnız övladları baş çəkir. Alen Delon artıq vəsiyyət etdiyini də gizlətmir. O, ölümündən sonra qohumlarının “çirkli iş”lə - əmlak və əmanət bölgüsü ilə məşğul olmasını istəmir.

O, 57 yaşlı böyük oğlu Entoniyə “əsas məsələ”yə - ölümünə kömək etməyi xahiş edib. Aktyor həmişə evtanaziyanın əleyhinə olmadığını bildirib. Bu səbəbdən o, evtanaziyaya rəsmi icazə verilən İsveçrəyə köçüb.

"Mən ölməyin bu yolunu ən məntiqli və təbii hesab edirəm", - aktyor deyib. "Yaşlandıqca, xəstəxanalar və iynələr olmadan həyatdan sakit bir şəkildə cəhənnəmə getmək hüququmuz var", - Alen Delon qeyd edib. (Report)