Logo
news content
User
Kateqoriyalar

Xəbər

Milyonların sevimlisi ilə vida mərasimi - Şatunov iki ölkədə basdırılacaq

Bir neçə gün əvvəl ürəktutmasından dünyasını dəyişən rusiyalı müğənni Yuri Şatunov dəfn edilib.

Ötən gün Moskva şəhərində sənətçi ilə vida mərasimi keçirilib.

Onun ailə üzvləri yaxınları, dostları o cümlədən pərəstişkarları 90-cı illərin ulduzu ilə son dəfə vidalaşmağa gəliblər. Sənətçini sevənlər onun tabutu qarşısında göz yaşlarını saxlaya bilməyiblər. İnsanların böyük əksəriyyəti vida mərasiminə ağ qızılgül çələngləri gətiriblər.

Qeyd edək ki, Yuri Şatunov vəsiyyətinə uyğun olaraq kremasiya edilib. Onun külünün bir hissəsi uzun müddət yaşadığı Almaniyaya aparılacaq. Bu haqda ifaçının köməkçisi Arkadi Kudryaşov məlumat verib:

"Kül qismən Almaniyada, qismən də Troekurovski qəbiristanlığında basdırılacaq. Onun arzusu külünün balıq tutmağı sevdiyi yerdə suya səpilməsi idi".

Qeyd edək ki, iyunun 23-də sərxoş vəiyyətdə olan Yurinin qəflətən halı pisləşib. 48 yaşlı ifaçı dostlarının köməyi ilə Domodedovo xəstəxanasına gedən təcili yardım maşınına yerləşdirilib. Yolda ürəyi dayanaraq vəfat edib.

Müğənni evli idi. Onun alman həyat yoldaşı Svetlanadan Deniss adlı bir oğlu, Estella adlı isə bir qızı var. Sənətçidən ailəsinə Rusiyanın Moskva, Soçi, Almaniyanın isə Münhen şəhərində yerləşən milyonluq evləri, o cümlədən banklarda kapitalı 6 milyon avro dəyərindən olan pulu miras qalıb.