Milyarderlər Baydeni istəmirlər
16 May 2024
Bəzi nüfuzlu Amerika sahibkarları, o cümlədən “SpaceX” və “Tesla”nın baş direktoru İlon Mask, necə Ağ Evin sahibi Cozef Baydenin ikinci prezidentlik müddətinə seçilməsinə qarşı çıxacağını müzakirə edirlər.
Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
İ.Maskdan əlavə “Andreessen Horowitz” vençur kapitalı fondunun həmtəsisçisi Mark Andrissen və investor Peter Tilin də daxil olduğu görüş keçən ay baş tutub.
Daha sonra Yaxın Şərqdən olan investorlarla görüşdə M. Andrissen qarşıdan gələn prezident seçkilərində Baydeni dəstəkləməyəcəyini bildirib.
Peter Til Baydenin prezidentlik kampaniyasına pul verməkdən imtina edib və onun həmtəsisçisi olduğu “Palantir Technologies” şirkəti Respublikaçının Ağ Evə potensial qayıdışını müzakirə etmək üçün Donald Tramp kampaniyasının nümayəndəsi ilə görüşüb.