Logo
news content
User
Kateqoriyalar

Xəbər

Milli Məclis növbədənkənar seçki təyin edilməsi ilə bağlı Prezidentə müraciət edib

Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət hazırlayıblar.

Müraciətin mətnini deputat, YAP İdarə Heyətinin üzvü Hikmət Məmmədov (Babaoğlu) oxuyub.

Sonra Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb.

Bu barədə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 21-də keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sədr müavini Adil Əliyev komissiyasının sədri təyin edilib.

Deputatlar Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai komissiyasının üzvləri olub.

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün yaradılan komissiya işini yekunlaşdırıb.

Müraciət mətnini deputat Tahir Rzayev oxuyub.

Sonda Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib.

Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.