Logo
news content
User
Kateqoriyalar

Xəbər

Metyu Miller: "Azərbaycan-Ermənistan arasında dialoqu alqışlayırıq"

Biz açıq şəkildə bildirdik ki, dialoqu alqışlayırıq (Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair).

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə Azərbaycan və Ermənistan arasında gələcək mümkün təmaslara dair sualı cavablandırarkən deyib.

M.Miller bildirib ki, problemin həlli danışıqlar masasından keçir.

"Qarşıdan gələn danışıqlar barədə danışmaq istəmirəm. Biz dialoqu alqışladığımızı açıq şəkildə bildirdik. Bu dialoqun asanlaşdırılması üçün istənilən rolu oynamaqdan məmnunuq və buna davam edəcəyik. Hər hansı konkret görüşlərdən əvvəlcədən danışmaq istəmirəm”, - Dövlət Departamentinin sözçüsü əlavə edib.

Qeyd edək ki, Ermənistan Azərbaycan tərəfinin “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verib. Söhbət “Sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantından gedir.