Metsola Ukrayna üçün 90 mlrd. avroluq kredit sənədini imzalayıb
25 Fevral 2026
Avropa Parlamenti Ukraynaya 90 milyard avroluq kreditin ayrılmasını təsdiqləyib.
Bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola sosial şəbəkədə yazıb.
"Mən indicə Avropa Parlamenti adından Ukraynanı dəstəkləmək üçün 90 milyard avroluq kredit imzaladım", - deyə o qeyd edib.
O, belə bir kreditin həyati əhəmiyyətli dövlət xidmətlərinin fəaliyyətini dəstəkləmək, Ukraynanın müdafiə qabiliyyətini və ümumi təhlükəsizliyini, azadlığını qorumaq, həqiqi və davamlı sülhə nail olmaq və Ukraynanın Avropadakı gələcəyini təmin etmək üçün zəruri olduğunu aydınlaşdırıb.
Qeyd etmək lazımdır ki, Aİ Ukraynaya kredit vermək üçün tələb olunan üç əsas sənəddən ikisini təsdiqləyib. Lakin Macarıstan Aİ-nin uzunmüddətli büdcəsində dəyişiklikləri nəzərdə tutan başqa bir sənədi bloklayır.