
Messi və Ronaldu bir komandada oynaya bilərlər
17 Aprel 2025
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi və Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu bir matçlıq eyni komandada oynaya bilərlər.
Argentinalı sabiq forvard Karlos Teves vida qarşılaşmasında bunu gerçəkləşdirmək niyyətindədir.
O, cari ilin sonunda "Boka Xuniors"un stadionunda karyası ərzində birlikdə çıxış etdiyi sabiq komanda yoldaşları ilə görüş təşkil etməyi planlaşdırır.
Həmin matça bir sıra məşhurların dəvət alacağı gözlənilir.
Qeyd edək ki, Karlos Teves 2021-ci ildə karyerasını başa vurub. O, Messi ilə yığmada, Ronaldu ilə İngiltərənin "Mançester Yunayted" klubunda komanda yoldaşı olub.