Məşhur "Paramount Skydance" və "Warner Bros. Discovery" birləşdir - "Skydance" yaranır
03 Oktyabr 2026
Saziş başa çatdıqdan sonra birləşmiş "Paramount Skydance" və "Warner Bros. Discovery" şirkəti "Skydance" adını daşıyacaq.
Bu barədə "Paramount Skydance"ın baş direktoru Devid Ellison "X"də məlumat yayıb.
Onun sözlərinə görə, bu ad "Paramount" və "Warner Bros." studiyalarının öz kimliyini qorumaq və onları kölgədə qoyacaq yeni brend yaratmamaq üçün seçilib.
"Biz heç vaxt istəməmişik ki, yeni korporativ kimlik bu şirkətlərdən hər hansı birinin əhəmiyyətini azaltsın, dəyişdirsin və ya kölgədə qoysun", - Ellison bəyan edib.
O qeyd edib ki, "Skydance" birləşmiş şirkətin adı olacaq, "Paramount", "Warner Bros." və onun tərkibinə daxil olan digər brendlər isə öz adlarını saxlayacaq.
Daha əvvəl ABŞ məhkəməsi "Paramount Skydance" şirkətinə "Warner Bros. Discovery"ni 110 milyard dollara almaq barədə sövdələşməni başa çatdırmağa icazə verib. Qərar sazişin aylarca davam edən gecikməsinə son qoyub.
Birləşmənin gələn həftə başa çatacağı gözlənilir.