Məşhur jurnalist müqayisə apardı - Qanlı yanvarda Bakı və Qazaxıstana qoşun yerdilməsi...
07 Yanvar 2022
Tanınmış sovet və Rusiya jurnalisti Andrey Karaulov etirazları yatırmaq üçün Qazaxıstana Rusiya desant qoşunlarının (KTTM sülhməramlıları adı altında) yeridilməsini kəskin pisləyib. Jurnalist Qazaxıstana qoşun yeridilməsini sovet qoşunlarının 1990-cı ilin yanvarında Bakıya qanlı müdaxiləsi ilə müqayisə edib.
Özünün YouTube-daki müəllif proqramında Karaulov qeyd edir ki, KTMT barədə müqaviləyə əsasən Rusiyanın və digər üzv ölkələrin Qazaxıstana qoşun yeritmək səlahiyyətləri yox idi. KTMT haqda müqavilədə göstərilir ki, ölkələr bir-birlərini ancaq xarici hərbi təcavüzə qarşı müdafiə edə bilərlər.
“Başa düşmək lazımdır ki, “Rosqvardiya”nı yox, desantçıları yeridirlər. Eynilə 90-cı ilin yanvarında desantçıların Bakıya yeridilməsi kimi. Biz “Qanlı yanvarı” xatırlayırıq. O zaman Bakıda general Lebedin desantçıları şəhərin dinc sakinlərini zirehli transportyorlarla əzdilər və süngüyə keçirdilər. Onların qurbanları arasında südəmər körpə və 92 yaşında qoca da var idi. Bizim desantçıların bütün qurbanları Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Yeri gəlmişkən ora prezident Putin də baş çəkib və həlak olanların məzarlarına gül qoyub. Lebedin desantçıları o vaxt Azərbaycanın rəhbəri Vəzirovu xilas etmişdilər”, - Karaulov bildirir.
Jurnalist xatırladır ki, həmin günlərdə Moskvadakı Azərbaycan nümayəndəliyində Heydər Əliyev çıxış etmişdi və onun çıxışını bütün dünya dinləmişdi. Karaulov indi Rusiyada heç kimin Qazaxıstana qoşun yeridilməsinə etiraz etməməsindən təəccübləndiyini bildirir. “Haradadır Nobel laureatı Muratov və digər insan haqları müdafiəçiləri?”, - o sual edir.
Qeyd edək ki, Qazaxıstanda internet işləmir və orada nələrin baş verdiyi barədə məlumat almaq da çətinləşib. Rəsmi məlumatlara əsasən Alma-Atada “təmizləmələr” davam etdirilir və 3 minə yaxın adam həbs olunub.
Bu arada Rusiya mənbələri xəbər verirlər ki, yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin rəsmən KTMT qüvvələrinin ölkəyə yeridilməsi barədə müraciətlə çıxış etməsindən əvvəl içərisində 300-ə yaxın Vagner muzdlusu olan İl-76 təyyarəsi Alma-Ataya enib. Həmin vaxt şəhər aeroportu hələ etirazçıların əlinə keçməmişdi. Ehtimal edilir ki, həmin gün axşam Alma-Atada etirazçılara atəş açanlar və onlarla adamı öldürənlər (bəzi məlumatlara görə öldürülənlərin sayı daha çoxdur, morqlar meyitlərlə doludur) də elə Vagner muzdluları olublar.
Yeri gəlmişkən, 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsi zamanı da nümayişçilərə atəş açanlar arasında “Alfa” xüsusi təyinatlı dəstəsinin Əfqanıstan müharibəsini keçmiş veteranları olduğu üzə çıxmışdı. Onları Krasnodar vilayətindən Bakıya gətirmişdilər... (virtualaz.org)