Meşədə gizlənən 20 yaşlı erməni təslim olub
03 Noyabr 2023
20 yaşlı Rafael Akopyan bir ay Qarabağın meşələrində gizlənib, bundan sonra Qozluköprü (Getavan) kəndində azərbaycanlı polis əməkdaşları onu görüblər və saxlayıblar. Ermənistan teleqram- kanalları bildiriblər ki, o, oktyabrın 22-də Xankəndidən olan qohumlarına zəng edərək polisin onu Qırmızı Xaça təhvil verdiyini deyib.
Bir ay ərzində (sentyabrın 19-da hərbi əməliyyat başlayandan sonra) gənc meşədə gizlənib, boş kəndlərdə qalmış giləmeyvə, meyvə və ərzaqla qidalanıb.
Hələlik Azərbaycan tərəfi bu barədə məlumat verməyib.
Xatırladaq ki, daha öncə həmin rayonda 70 yaşlı Mədət Babayanın saxlanılmışdı.