Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mərkəzi hakimiyyət geri çəkildi: Qaraqalpaqıstanın suverenliyi statusunun saxlanılır

Özbəkistan parlamenti konstitusiyaya dəyişikliklər layihəsində Qaraqalpaqıstanın suverenliyi statusunun saxlanılması barədə qərar qəbul edib. 

Xatırladaq ki, Qaraqalpaqıstanda sakinlərin Konstitusiyaya təklif olunan və regionun statusunun dəyişdirilməsini nəzərdə tutan əlavələrdən narazılığı fonunda iğtişaşlar baş verib.

Fərdi və kollektiv videomüraciətlərlə başlayan respublika sakinlərinin narazılığı iyulun 1-də Nukusun mərkəzində kütləvi nümayişə çevrilib. Polis müdaxiləsi nəticəsində ölən və yaralananların olduğunu bildirilir. Eyni zamanda, polislər arasında da yaralananların olduğu xəbər verilir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev daha sonra Konstitusiyanın Qaraqalpaqıstanla bağlı maddələrini dəyişdirməyəcəklərini bildirib.