Məleykə Abbaszadə: Universitetlərə attestatla qəbul gözlənilmir
18 May 2024
Yəqin ki, müəyyən zaman gələcək ki, Azərbaycanda imtahan modeli dəyişə bilər.
Bunu Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, attestatla universitetlərə qəbul gözlənilmir.
"Siz bilirsiniz, 0 balla belə atestat alan var. Amma bu balla universitetə qəbul olmaq mümkün deyil", - o əlavə edib.