Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məhkəmə Nərgiz Absalamovanın həbs müddətini uzadıb

İyunun 11-də Bakının Xətai Rayon Məhkəməsi istintaqın "Abzas Media-nın işi" üzrə qaçaqmalçılıqda ittiham olunan jurnalist Nərgiz Absalamovanın həbs müddətinin uzadılması haqqında təqdimatını təmin edib.

Məhkəmə onun həbs müddətini 3 ay uzadıb, bu barədə Turan-a vəkil Şəhla Hümbətova bildirib. 

"İstintaq orqanı əlavə istintaq hərəkətlərinin aparılması zərurəti olduğunu, bu dövrdə Absalamova azadlıqda olsa, onun digər şəxslərlə ünsiyyətdə olaraq istintaqa mane ola biləcəyini bildirib", deyə vəkil qeyd edib. Müdafiə tərəfi bu iddiaları əsassız hesab edir və apellyasiya vermək niyyətindədir. 

Dünən məhkəmə bu işin daha iki fiqurantının - Hafiz Babalı və Elnarə Qasımovanın da həbs müddətini uzadıb.

Abzas Media-nın direktoru və baş redaktoru Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs müddətinin uzadılması haqqında məsələ iyunun 12-nə qədər təxirə salınıb.

* 2023-cü il noyabrın 20-dən etibarən Abzas Media-nın altı jurnalisti və mətbuat işçisi "valyuta qaçaqmalçılığı" ittihamı ilə həbs olunub. Onlar ittihamları qəbul etməyiblər, cinayət işini Abzas Media-da dərc olunan korrupsiya faktlarına dair araşdırmalarla əlaqələndiriblər.

Beynəlxalq KİV-i müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və KİV-ə qarşı təzyiqə son qoymağa çağırıb.