Məhkəmə Fatimə Mövlamlı və Aytac Tapdığı həbsdə saxlayıb
07 Mart 2025
Martın 6-da Xətai rayon Məhkəməsində "MeydanTV işi" üzrə həbsdə olan jurnalist Aytac Əhmədovanın (Tapdıq) ev dustaqlığına buraxılması haqqında vəsatətə baxılıb.
Vəkili Cavad Cavadov məhkəmədən sonra mətbuata açıqlamasında bildirib ki, müdafiə tərəfinin bütün dəlillərinə baxmayaraq, məhkəmə vəsatəti təmin etməyib.
Martın 6-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Fatimə Mövlamlı barəsində də seçilmiş həbs-qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.
Məhkəmə apellyasiya şikayətini təmin etməyib.