Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məhkəmə "Abzas Media" işi üzrə həbs edilənlər barədə qərar verib

Mayın 9-da Bakının Xətai Rayon Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli, bu nəşrin baş redaktoru Sevinc Vaqifqızı və onlayn Meclis.info platformasının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması barədə vəsatətlərə ayrıca baxılıb. Prosesə Fuad Axundov sədrlik edib.

Məhkəmə vəsatətləri təmin etməyərək jurnalistləri həbsdə saxlayıb.

Həbs olunanların vəkilləri bildiriblər ki, jurnalistləri həbsdə saxlamaq üçün maddi və prosessual əsaslar yoxdur və onlar siyasi motivlərlə həbs olunublar.

Məhkəmə qərarlarından apellyasiya instansiyasına şikayət veriləcək. 

*2023-cü ilin noyabrından 2024-cü ilin yanvarına qədər “Abzas Media” ilə əlaqəli səkkiz jurnalist və media işçisi həbs olunub.

Apreldə Meclis.info saytının rəhbəri İmran Əliyev və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də bu iş üzrə həbs ediliblər.

İş üzrə  bütün müttəhimlərə qarşı  "qabaqcadan əlbir olmaq yoluyla xarici valyuta qaçaqmalçılığı" ilə ittiham irəli sürülüb. Jurnalistlər  ittihamları rədd edirlər  və cinayət işini korrupsiya faktlarının araşdırılması ilə əlaqələndirirlər. İmran Əliyev və Anar Məmmədli “Abzas Media”nın fəaliyyətində iştirak etmədiklərini bildiriblər. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbuslar kimi tanıyıblar.