Logo
news content
User
Kateqoriyalar

Xəbər

Medvedev Putinin niyyətini açıqlayır: "Kim deyir ki, Ukrayna mövcud olacaq?"

Amerikanın "Foreign Policy" jurnalı yazıb ki, Ukrayna lend-liz çərçivəsində Amerikanın maye təbii qazının tədarükünə dair Vaşinqtonla razılaşma imzalamağı nəzərdən keçirir.

“Foreign Policy” xəbərinə görə, Ukraynanın “Naftoqaz” şirkətinin baş direktoru Yuri Vitrenko Vaşinqtona səfər zamanı deyib ki, qış mövsümü gələnə qədər Ukraynaya 6 milyard kubmetr qaz idxal etmək üçün 8 milyard dollar lazımdır. Nəşr qeyd edir ki, Ukraynanın özünün LNG terminalları olmadığından, 6 milyard kubmetr maye qazın Avropaya çatdırılması, oradan isə boru kəməri ilə Ukraynaya göndərilməsi təklif edilir. Kiyev yerli istehsal artırılandan sonra iki il ərzində Amerikadan alınacaq qazın pulunu ödəməyə hazırdır.

Bundan dərhal sonra Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyanatı şərh etməyə tələsərək, bir müddət sonra Ukraynanın dünya xəritəsində mövcudluğunu şübhə altına alıb.

O, Telegram kanalında Ukraynanın lend-liz şərti ilə “xaricdəki sahiblərindən” 2 il ərzində çatdırılma şərti maye qaz almaq istədiyini, əks halda "sadəcə donacağını" bildirən mesaj gördüyünü qeyd edib. “Amma sadəcə bir sualım var: kim deyir ki, iki ildən sonra Ukrayna dünya xəritəsində mövcud olacaq?”, - Medvedev deyib.