Matviyenko Rubinyana: Aİ-yə üzvlük Ermənistan üçün dağıdıcı olacaq
07 Avqust 2026
Rusiya Avropa İttifaqına daxil olmaq kursunu Ermənistan üçün dağıdıcı hesab edir.
Rusiya mediasının xəbərinə görə, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan parlamentinin sədri Ruben Rubinyanla bugünkü telefon danışığında bildirib.
Onun sözlərinə görə, Moskva Ermənistanın Aİ-yə qoşulmaq istəyini mənfi qiymətləndirir.
Matviyenko qeyd edib ki, Ermənistanın Aİ-yə daxil olması Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq prinsiplərinin pozulması deməkdir.