Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mask: "Beyninizə çip quraşdırılacaq, telefon lazım olmayacaq"

Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək, ünsiyyət qurmaq üçün onlara beyin implantları lazım olacaq.

Bu barədə amerikalı iş adamı, milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Yeni “X” telefonunuzu ağlınızla idarə etməyə imkan verən “Neuralink” interfeysinin beyninizdə quraşdırılmasını istərdinizmi?”, - o sosial şəbəkə istifadəçilərinə sual ünvanlayıb.

İ.Mask əlavə edib ki, gələcəkdə mobil qurğulara ümumiyyətlə ehtiyac qalmayacaq: “Gələcəkdə telefonlar olmayacaq, yalnız “Neuralink” olacaq”.