Masallıda itkin düşən 15 yaşlı qız Bakıda tapıldı
05 Noyabr 2026
Masallı rayonunda 15 yaşlı qızın itkin düşməsi ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.
Nəsimi rayonunda polisin keçirdiyi tədbirlər nəticəsində yeniyetmənin yeri müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.
Araşdırmalar zamanı şəxsin itkin düşməsi faktında cinayət tərkibinin olmadığı müəyyən edilib. Həmçinin məlum olub ki, o, bundan əvvəl də dəfələrlə valideynlərinə xəbər vermədən yaşadığı evi tərk edib.