SEPAH ABŞ-a məxsus daha bir PUA-nı vurdu
05 Noyabr 2026
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazındakı Qəşm adası üzərində vurulduğunu açıqlayıb.
SEPAH-ın bəyanatında PUA-nın ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsinə daxil olan müasir sistem vasitəsilə aşkar edilərək zərərsizləşdirildiyi bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında da Hörmüz boğazı üzərində ABŞ istehsalı olan MQ-9 tipli PUA-nın vurulduğu açıqlanmışdı.