Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı
05 Noyabr 2026
Avrozonada istehlak qiymətləri oktyabr ayında illik müqayisədə 4 faiz artaraq son üç ilin ən yüksək səviyyəsinə çatıb. Bu göstərici gözləntilərə uyğun olub.
Bu barədə “Haber Global” məlumat verir.
Bildirilir ki, sentyabr ayında inflyasiya 3.8 faiz təşkil edib.
İnflyasiyanın növbəti bir neçə ayda da artmaqda davam edəcəyi gözlənilir. Bu fonda Avropa Mərkəzi Bankının (AMB) dekabr ayında faiz dərəcələrini yenidən artırmaq ehtimalı yüksəlib.
Avropa İttifaqının statistika qurumu "Eurostat" enerji və emal olunmamış ərzaq məhsullarının qiymətlərini nəzərə almadan hesablanan baza inflyasiyasının da gözləntilərə uyğun olaraq 2.2 faizə çatdığını açıqlayıb.