Martda Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilə bilər
28 Fevral 2025
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası martda keçirilə bilər.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.
Nazir müavini tərəflər arasında hələ müzakirə edilməli olan məsələlərin qaldığını deyib. O, Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsi üzrə qərarı tərəflər arasında bu məsələdə konsensusun olması ilə izah edib.