Logo
news content
User
Kateqoriyalar

Xəbər

Maqomayevin abidəsinin açılışı oldu - FOTOLAR

Avqustun 17-si Bakının Dənizkənarı Milli Parkında mərhum müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Müslüm Maqomayev 1942-ci il avqustun 17-si Bakıda doğulub. Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirib. 1962-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin yaradıcıdır. 1971-ci ildə Azərbaycan SSR-in, 1973-cü ildə SSRİ xalq artisti fəxri adlarını alıb.

1997-ci ildə Azərbaycanın “Şöhrət”, 2002-ci ildə “İstiqlal” ordenləri ilə təltif edilib.

2008-ci il oktyabrın 25-i Rusiyanın paytaxtı Moskvada vəfat edən Müslüm Maqomayev oktyabrın 29-u Bakının Fəxri xiyabanında, babasının, bəstəkar Müslüm Maqomayevin məzarının yanında dəfn olunub.